"Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsi çərçivəsində Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Tədbirdə Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında şagirdlərə məlumat verilib. Daha sonra şagirdlər tərəfindən Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" əsəri səhnələşdirilib. Səhnəcik müəllimlər və şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, "Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə start verilib.
Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək, onların yaradıcılıq, intellektual qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.