17.04.2024

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən tədbirlər davam edir

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən tədbirlər davam edir.

 

Ümumi təhsil müəssisələrinin müəllim və şagird kollektivinin iştirakı ilə məktəblərin həyətində gül və ağacəkmə aksiyaları keçirilir, şagirdlərlə maarifləndirici söhbətlər aparılır.

 

Tədbirlərin təşkilində məqsəd təbiətin qorunmasına töhvə vermək, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin məlumatlılığını artırmaqdır.