17.04.2024

Şagirdimiz buraxılış imtahanında ən yüksək nəticə əldə edib

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə əsasən Kəlbəcər rayon 37 nömrəli tam orta məktəbin şagirdi Rüstəmzadə Sona Səfər qızı maksimum nəticə (300 bal) göstərib.

 

Şagirdimizi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.