09.04.2024

"Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrinin X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib.

 

Qeyd edək ki, Kəlbəcər, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə məktəblər komanda şəklində yarışıb və hər rayon üzrə qaliblər "Şahin" hərbi idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsinə vəsiqə qazanıb.

 

“Şahin” hərbi-idman oyunu Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilir.

 

“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, Çağırışaqədərki hazırlıq fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.