08.04.2024

İşğaldan azad olunmuş ərazilərdə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Dünən Laçın şəhər 2 nömrəli, Ə. Məmmədov adına Zabux və Zəngilan rayon Ağalı kənd tam orta məktəblərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

 

Ümumilikdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş torpaqlarda yaradılmış 3 mərkəzdə 29 nəfər şagird buraxılış imtahanına cəlb olunub.

 

Şagirdlərimizə uğurlar arzulayırıq!