07 aprel 2024-cü il tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi keçirilib.
Müsabiqənin test mərhələsində 107 nəfər namizəd iştirak edib.
İmtahanda namizədlərə təhsil və əmək qanunvericiliyi üzrə 20 sual, pedaqogika və metodika üzrə 10 sual, riyazi-məntiqi düşünmə üzrə 10 sual olmaqla 40 sual verilib. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılıb.
Qeyd edək ki, test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək.