VI-XI sinif şagirdləri arasında "Nə? Harada? Nə zaman?" oyunu üzrə respublika çempionatının nəticələrinə əsasən Cəbrayıl rayon Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin "Enigma" komandası IV yerə layiq görülüb.
Qeyd edək ki, çempionat Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə "Təhsil oyunları platforması" layihəsi çərçivəsində VI-XI sinif şagirdləri arasında keçirilib.
Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.