02.04.2024

Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test mərhələsi keçiriləcək

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahan mərhələsi keçiriləcək.

 

İmtahan 07 aprel 2024-cü il tarixində saat 10:00-da Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Şövkət Məmmədova küçəsi) təşkil olunacaq.

 

Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

 

İmtahana buraxılışın, qeydiyyat və yerləşdirmənin təşkili zərurəti ilə əlaqədar iştirakçılardan təyin edilmiş vaxtdan 1 saat əvvəl imtahanın keçiriləcəyi məntəqədə olmaları xahiş edilir.

 

İmtahanda namizədlərə hər biri bir balla dəyərləndirilən 40 sual (təhsil və əmək qanunvericiliyi üzrə 20 sual, pedaqogika və metodika üzrə 10 sual, riyazi-məntiqi düşünmə üzrə 10 sual) veriləcək. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt ayrılacaq.

 

Test imtahanının nəticələri barədə məlumat namizədlərə SMS vasitəsilə göndəriləcək. Direktor müavini və təşkilatçı vəzifəsinə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr nəzərə alınmaqla müəyyən ediləcək.