31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdləri Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Daha sonra şagirdlərə 1918-ci ildə ermənilərin Qubada törətdiyi vəhşiliklər, Azərbaycan xalqının başına gətirilən dəhşətlər və bu qırğınların real nişanələri haqqında ətraflı məlumat verilib.
Ekskursiya çərçivəsində şagirdlər Quba rayon Tarix-Diyarşünaslıq Muzeyində, Quba Olimpiya Kompleksində, Qırmızı qəsəbədə də olublar.
Ekskursiyanın sonunda şagirdlər arasında intellektual oyun təşkil edilib.