30.03.2024

Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi yekunlaşıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsi yekunlaşıb.

 

Müsabiqənin rayon mərhələsində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumi təhsil müəssisələrinin qeydiyyatdan keçmiş şagirdlərinin təqdimatları dinlənilib. Uğur qazanan ən yaxşı təqdimat müəllifləri ölkə turunda iştirak hüququ qazanıb.

 

Qeyd edək ki, elm və təhsil nazirinin əmrinə əsasən, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.