13.03.2024

Novruz bayramının gəlişi ilə bağlı təntənəli bayram tədbiri keçirilib

12 mart tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Novruz bayramının gəlişi və Yel çərşənbəsi ilə əlaqədar təntənəli bayram tədbiri keçirilib.

 

Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, sektor müdirləri, idarə əməkdaşları, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbir məktəbəqədər təhsil müəssisələrinin müəllim-uşaq kollektivinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgiyə, milli yeməklərimizin hazırlandığı stendlərə baxış keçirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov tədbir iştirakçılarını, körpə fidanları Yel çərşənbəsi, qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

 

Daha sonra tədbir bədii hissə ilə davam edib. Bədii hissədə məktəbəqədər təhsil müəssisələrinin uşaqları müxtəlif səhnəciklər göstərib, mahnılar ifa edib, maraqlı kompozisiyalar nümayiş etdiriblər.

 

Tədbir iştirakçılarda xoş təəssüratlar yaradıb.