12.03.2024

Zəngilan rayon Uşaq-gənclər idman-şahmat məktəbi III yerin qalibi olub

Təhsil Respublika İdman Mərkəzinin yunan-roma güləşi üzrə 2007-2009-cu il təvəllüdlü yeniyetmə idmançılar arasında təşkil olunan respublika birinciliyində Zəngilan rayon Uşaq-gənclər idman-şahmat məktəbi III yerin qalibi olub.

 

Yarışda Uşaq-gənclər idman-şahmat məktəblərindən 20 komanda olmaqla 266 nəfər idmançı iştirak edib.

 

Zəngilan rayon Uşaq-gənclər idman-şahmat məktəbinin çəki dərəcələri üzrə yer tutan idmançıları:

1.45 kq çəki dərəcəsində: Murad Qasımov (III yer);

2.55 kq çəki dərəcəsində: Məhəmməd Əlizadə (I yer);

3.60 kq çəki dərəcəsində: Riyad Əliyev (II yer);

4.65 kq çəki dərəcəsində: Rəhman Allahverdiyev (I yer);

5.110 kq çəki dərəcəsində: Polad Məmmədov (I yer);

6.110 kq çəki dərəcəsində: Manaf Məmmədov (III yer).

 

İdmançılarımızı təbrik edir, uğurlar arzulayırıq!