Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə yerdəyişmə prosesinə start verilir.
Müsabiqədə hazırda ümumi təhsil müəssisələrində direktor vəzifəsində çalışan şəxslər iştirak edə bilər.
Müsabiqə 4 mərhələdən (qeydiyyat, test imtahanı, müsahibə və vakant yerlərin seçimi) ibarətdir.
İştirak etmək istəyən namizədlər 12 mart tarixindən 18 mart 2024-cü il tarixinədək aşağıda qeyd olunan keçid linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/u14eSQbauoFNSkso9
Test imtahanında namizədlərə təhsil qanunvericiliyi və idarəetmə, liderlik və menecment, riyazi məntiq üzrə hər birinə aid ümumilikdə 50 test tapşırığı təqdim ediləcək. Təqdim olunan sualların 40 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Bir vakant yerə müsabiqədə uğur qazanaraq eyni balı toplayan 1-dən çox namizəd olduğu halda vakant yerlərin seçimi mərhələsində ilk növbədə son 3 il ərzində hazırda çalışdığı məktəbin IX və XI siniflər üzrə buraxılış imtahanlarının və son 2 ildə IV siniflər üzrə monitorinqlərin nəticələri, respublika və beynəlxalq səviyyəli olimpiada və müsabiqələrdə şagirdlərin nailiyyətləri, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant Müsabiqədə qalib olması ardıcıllıqla nəzərə alınacaq.
Qeyd: Son 6 (altı) ay ərzində barəsində müvafiq intizam tənbeh tədbiri olan şəxslərin müsabiqədə iştirakına icazə verilmir.
Ədəbiyyat siyahısı: https://ref.az/NWh86E
Vakant yerlərin siyahısı: https://shorturl.at/tvyLV