Bu gün Laçın şəhər 2 nömrəli, Ə. Məmmədov adına Zabux və Zəngilan rayon Ağalı kənd tam orta məktəblərində buraxılış imtahanı keçirilir.
Qeyd edək ki, bu, Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Laçında təşkil etdiyi ilk imtahandır.
Ümumilikdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş torpaqlarda yaradılmış 3 mərkəzdə 10 nəfər şagird buraxılış imtahanına cəlb olunub.