Nəticələrə əsasən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 22 şagird müsabiqənin final turunda iştirak etmək hüququ qazanıb. Onlardan 3 nəfəri VIII, 6 nəfəri IX, 4 nəfəri X, 9 nəfəri isə XI sinif üzrə uğur qazananlardır.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.