Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadasının rayon (şəhər) mərhələsi bu il işğaldan azad olunmuş Zəngilan rayon Ağalı kənd tam orta məktəbi ilə yanaşı, ilk dəfə olaraq Laçın şəhər 2 nömrəli tam orta məktəbdə də təşkil edilib.
Qeyd edək ki, artıq ikinci ildir ki, Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına Riyaziyyat-məntiq Olimpiadasının rayon (şəhər) mərhələsi işğaldan azad olunmuş torpaqlarda keçirilir.
Müsabiqələrdə Zəngilan rayon Ağalı kənd tam orta məktəbindəki mərkəzdə 8, Laçın şəhər 2 nömrəli tam orta məktəbdəki mərkəzdə isə 17 nəfər şagird iştirak edir.