01.03.2024

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib

1 mart tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə təhsil müəssisələrində 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı maarifləndirici tədbirlər keçirilib.

 

Tədbirlərdə şagirdlərlə fövqəladə hadisələr zamanı davranış qaydaları, fövqəladə hallarda qorunma ilə bağlı mövcud imkanlar, ətraf mühit və təhlükəsizlik məsələləri ilə bağlı maarifləndirici söhbətlər aparılıb.