29 fevral 2024-cü il tarixində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyi ilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi arasında işgüzar görüş keçirilib.
Görüşdə Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayacaq təhsil müəssisələri, həmin təhsil müəssisələrinin pedaqoji və texniki heyətlə təmin olunması, maarifləndirmə və məlumatlandırma işlərinin aparılması kimi məsələlər müzakirə olunub.