26.02.2024

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbirləri keçirilib.

 

Şagirdlər doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər, səhnəciklər, ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdirib, məktəblərdə divar qəzetləri, stendlər, guşələr, bülletenlər hazırlanıb.

 

Tədbirlərin təşkil olunmasının əsas məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, şagirdlərdə vətənpərvərlik hissini daha da yüksəltmək, xalqımıza qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətləri onlara çatdırmaqdır.