Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin sənəd qəbulu mərhələsinə start verilir.
Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 23 fevral 2024-cü il tarixindən müvafiq sənədləri idarədə yaradılmış komissiyaya təqdim etməlidirlər. Qeydiyyat prosesi 6 mart 2024-cü il tarixində başa çatacaq.
Tələb olunan sənədlər:
-şəxsiyyəti təsdiq edən sənədin surəti;
-əmək kitabçasının surəti;
-ali təhsil haqqında sənədin və əlavənin surəti;
-Tərcümeyi-hal.
Namizədlər üçün tələblər:
-pedaqoji ixtisas üzrə ali təhsil;
-3 ildən az olmayaraq pedaqoji staj (son 3 il olmaq şərtilə);
-hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyəti olan.
Müvafiq qaydada sənədlərini təqdim etmiş şəxslərin məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcəklər.