21.02.2024

21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirlər keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirlər keçirilib.

 

Tədbirlərdə Azərbaycan dilinin hazırki səviyyəyə çatana qədər keçdiyi tarixi inkişaf mərhələlərindən, onun saflığının qorunması və təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlərdən, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətindən, dilimizə daxil olan alınma sözlərdən, bu sözlərin Azərbaycan dilinə təsirindən danışılıb.

 

Ümumi təhsil müəssisələrinin şagirdləri ana dilimizə həsr olunmuş maraqlı çıxışları və şeir nümunələri ilə tədbirlərə rəng qatıblar.