14.02.2024

Beynəlxalq Kitab Bağışlanması Günü ilə əlaqədar şagirdlərə kitablar hədiyyə edilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları ümumi təhsil müəssisələrinin şagirdlərinə 14 fevral - Beynəlxalq Kitab Bağışlanması Günü ilə əlaqədar kitablar hədiyyə ediblər.

 

Eyni zamanda Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun oğlu - Qubadlı rayonu Xıdırlı kənd tam orta məktəbin X sinif şagirdi Həmidli Nurlan Şükür oğlu ilə görüşüb, ona kitab bağışlayıb.