13.02.2024

TALIS 2024 tədqiqatının əsas mərhələsinin keçirilməsinə start verilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğunun - TALIS 2024-ün əsas mərhələsinin keçirilməsinə start verilib. Əsas mərhələdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 11 məktəbdən ümumilikdə 193 müəllimin və 11 məktəb rəhbərinin iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin bir çox istiqamət üzrə fikir və baxışlarını öyrənməyi hədəfləyir. Belə ki, TALIS tədqiqatında iştirak edən müəllimlər və məktəb rəhbərləri aşağıda qeyd olunan istiqamətlər üzrə sualları cavablandırır:

-Müəllimlərin peşəkar inkişafı;

-Müəllimlərin tədrisə dair baxışları;

-Müəllimlərin işinin qiymətləndirilməsi;

-İş yerində müəllimlərin və məktəb rəhbərlərinin qarşılaşdıqları problemlər;

-Müəllimlərin və məktəb rəhbərlərinin idarəetmə haqqında fikirləri.