12.02.2024

Məktəbəqədər təhsil müəssisələrində monitorinqlərə başlanılıb

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə məktəbəqədər təhsil müəssisələrində monitorinqlərə başlanılıb.

 

Monitorinq zamanı bağçalarda təlim-tərbiyənin təşkili, infrastrukturu, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyəti və idarəetmə məsələləri yoxlanılır.

 

Qeyd edək ki, monitorinqlərin təşkili məktəbəqədər təhsil müəssisələrində yaranan çətinliklərin aradan qaldırılması üçün zəruri addımların atılması istiqamətində olduqca önəmlidir.