10.02.2024

"Vətən Müharibəsi Qəhrəmanı", şəhid polkovnik-leytenant Faiq Qasımovun anadan olmasının 50 illiyinə həsr olunmuş tədbir keçirilib

Qubadlı rayonu F. Qasımov adına Mahmudlu kənd tam orta məktəbin təşkilatçılığı ilə "Vətən Müharibəsi Qəhrəmanı", şəhid polkovnik-leytenant Faiq Qasımovun anadan olmasının 50 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Vətən müharibəsində tarixi zəfərimizə, qəhrəman şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş olunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxışlarda şəhidin həyatından, Vətən müharibəsində göstərdiyi misilsiz şücaətindən qürurla bəhs olunub.

 

Şagirdlərin ifasında şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Daha sonra tədbir iştirakçıları tərəfindən şəhid polkovnik-leytenant Faiq Qasımovun məzarı ziyarət olunub.