Laçın rayonu 21 nömrəli tam orta məktəbdə təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması ilə əlaqədar görüş keçirilib.
Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşları, pedaqoji heyət və valideynlər iştirak ediblər.
Ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl etməsi vəziyyəti, müəllim və şagirdlərlə psixoloji maarifləndirmə işinin aparılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların aşkarlanması, məktəb psixoloqlarının onlarla apardığı işin gücləndirilməsi, valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyindəki bütün ümumi təhsil müəssisələrində müvafiq mövzular üzrə görüşlərin, Pedaqoji şura iclaslarının keçirilməsi nəzərdə tutulub.