02.02.2024

Gənc müəllimlərlə fikir mübadiləsi aparılıb

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlərlə təhsil sahəsində aktual olan 4 fərqli mövzuda fikir mübadiləsi aparılıb.

 

4 fərqli qruplarda iştirak edən müəllimlər onlara verilmiş mövzular ətrafında fikir mübadiləsi apararaq komanda şəklində təkliflər irəli sürüblər.

 

Sonra həmin mövzular ətrafında qrupların təqdimatları həyata keçirilib, bilik və təcrübələrinə əsaslanaraq qeyd olunan mövzularla bağlı öz təkliflərini irəli sürüblər.

 

Daha sonra gənc nəslin təlim-tərbiyəsi sahəsindəki səmərəli fəaliyyətləri və 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup təhsil işçisi təltif olunub.