Şərqi Zəngəzur Regional Təhsil İdarəsi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Gəncləri Günü ilə bağlı tədbir keçirilib.
İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov bütün gəncləri bu əlamətdar gün münasibətilə təbrik edərək Gənclər Gününün yaranması və dövlətimizin gənclər siyasətindən danışıb.
Tədbirdə həmçinin Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin müdiri Natiq Abbasov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin müdiri Rəşad Əliyev təbrik nitqi ilə çıxış ediblər.
Daha sonra səmərəli fəaliyyəti ilə seçilən bir qrup gənc Azərbaycan Gəncləri Günü münasibətilə təltif edilib.
Tədbir bədii hissə ilə davam edib.