19.01.2024

20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib

19 yanvar 2024-cü il tarixində Sumqayıt şəhəri "28 May" mədəniyyət evində 20 Yanvar faciəsinin otuz dördüncü ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə əməkdaşları, Vətən müharibəsi qaziləri, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Tədbir Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin tarixindən danışıb, bu tarixin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin şərəfli səhifələrindən olduğunu vurğulayıblar.

 

Daha sonra tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalarla davam etdirilib.