19.01.2024

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair "Sertifikasiya 2024" adlı görüşlər davam edir

19 yanvar tarixində Q. İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbdə Qubadlı rayonu üzrə ümumi təhsil müəssisələrində çalışan riyaziyyat, ingilis dili, rus dili müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

 

Görüşdə sertifikatlaşdırmanın mahiyyəti, məqsədi, test imtahanı, müsahibə mərhələlərinin təşkili, sertifikatlaşdırmanın nəticələrinin təhsilin keyfiyyətinə müsbət təsirindən danışılıb.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.