Cəbrayıl rayonu Ə. Hüseynov adına Əmirvarlı kənd tam orta məktəbin XI sinif şagirdi Atayev Fuad Ramil oğlu və Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əsgərli Əli Tural oğlu Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində riyaziyyat fənni üzrə onlara təqdim olunan bütün sualları doğru cavablandırıblar.
Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində respublika üzrə 59 şagird 100 faiz nəticə göstərib.
Şagirdlərimizi təbrik edir, növbəti mərhələlərdə uğurlar arzulayırıq.