12 yanvar tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Cəbrayıl rayonu N. Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində olub.
Təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olan idarə müdiri məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, tədris prosesini izləyib.
Fuad Bədəlov daha sonra məktəbin Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsində uğur qazanan şagirdləri ilə görüşüb, onlara sonrakı mərhələlərdə uğurlar arzulayıb.
Daha sonra idarə müdiri "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbdə yaradılmış guşə ilə tanış olub.