12.01.2024

UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Kəlbəcər məktəbində olub

Yanvarın 11-də BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina de Dominicis Kəlbəcər rayonu Aşıq Şəmşir adına 12 nömrəli tam orta məktəbdə şagird və müəllimlərlə görüşüb.

 

Görüşün keçirilməsində əsas məqsəd təhsil müəssisəsinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, onların partlayıcı hərbi sursat və mina təhlükəsinə qarşı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

 

Görüşdə UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominicis məktəbin şagirdləri ilə maarifləndirici söhbətlər aparıb, partlayıcı qurğuların törədə biləcəyi təhlükədən danışıb, bununla bağlı öz tövsiyələrini verib.

 

Görüş zamanı Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” proqramı çərçivəsində görülmüş işlərə dair məlumat verib.

 

Görüşdə məktəbin müəllimi “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” mövzusunda təqdimatla çıxış edib.