10.01.2024

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib

10 yanvar 2024-cü il tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.

 

Qeyd edək ki, namizədlər müsahibədən əvvəl psixoloji testə cəlb olunublar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya, təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılıb.