30.12.2023

Məktəbəqədər təhsil müəssisələrində bayram tədbirləri keçirilib

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə məktəbəqədər təhsil müəssisələrində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbirləri təşkil olunub.

 

Tədbirlərdə uşaqlara Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə geniş məlumat verilib.

 

Tədbirdə uşaqlar Azərbaycana, vətənpərvərliyə həsr edilmiş şeirlər söyləyib, mahnılar ifa edib, rəqs nümunələri göstəriblər.