30.12.2023

Təltif olunan müəllimlərlə fikir mübadiləsi aparılıb

Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmrinə əsasən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsil işçilərinin təltif olunma mərasimindən sonra həmin müəllimlərlə təhsil sahəsində aktual olan 5 fərqli mövzuda fikir mübadiləsi aparılıb.

 

5 fərqli qruplarda iştirak edən müəllimlər Qarabağda yeni təhsil modelinin yaradılması, inklüziv təhsil, şagird nailiyyətlərinin qiymətləndirilməsi, müəllimlərin peşəkar inkişafı, istedadlı şagirdlərin aşkarlanması sahəsində fikir mübadiləsi apararaq komanda şəklində təkliflər irəli sürüblər.

 

Daha sonra həmin mövzular ətrafında qrupların təqdimatları həyata keçirilib, peşəkar bilik və təcrübələrinə əsaslanaraq qeyd olunan mövzularla bağlı öz təkliflərini irəli sürüblər.