30.12.2023

Təhsil işçiləri təltif edilib

Azərbaycan Respublikası elm və təhsil nazirinin müvafiq əmrinə əsasən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan 24 təhsil işçisi təltif edilib.

 

2022-2023-cü tədris ilində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə 4 nəfər "Qabaqcıl təhsil işçisi” döş nişanı, 20 nəfəri isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Fəxri Fərmanı” ilə təltif olunub.