30.12.2023

Respublika fənn müsabiqəsi qalibləri mükafatlandırılıb

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 2022-2023-cü tədris ilində respublika fənn müsabiqələrinin qalibi olmuş şagirdlərə diplomları təqdim edilib.

 

Qeyd edək ki, Cəbrayıl rayon X. Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin VII sinif şagirdi Quliyeva Jalə Aqil qızı kimya fənni üzrə gümüş, Zəngilan rayon 29 nömrəli tam orta məktəbin VII sinif şagirdi Nəsirli Əli Elxan oğlu fizika fənni üzrə gümüş, Zəngilan rayon 20 nömrəli tam orta məktəbin VII sinif şagirdi Şıxəli Nurxan Baxşəli oğlu kimya fənni üzrə bürünc medalın sahibi olublar.

 

Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq!