28.12.2023

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Gəncə şəhərində vətəndaşları qəbul edib

28 dekabr tarixində Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Gəncə şəhərində vətəndaşları qəbul edib.

 

Vətəndaşların müraciətləri işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, iş yerinə bərpa, direktor və direktor müavinlərinin işə qəbulu və yerdəyişməsi, şagird yerdəyişməsi, həmçinin digər məsələlərlə bağlı olub.

 

Qəbula yazılmış vətəndaşlar diqqətlə dinlənilib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq addımlar atılıb.