27 dekabr 2023-cü il tarixində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə "Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" adlı Zəngilan rayonu üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi təşkil olunub.
Sərgidə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri Kənan İmaməliyev, məktəb direktorları və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, təhsil strategiyasından, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar.
Daha sonra şagirdlərin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonda rəsm və əl işləri nominasiyaları üzrə qaliblər müəyyənləşdirilib, onlara fəxri fərmanlar təqdim olunub.