Laçın rayon 32 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Təhsil millətin gələcəyidir" adlı tədbir keçirilib.
Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Laçın Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş təhsil strategiyası, bu strategiyanın davamı olaraq müasir dövrdə aparılan təhsil islahatları barədə ətraflı məlumat veriblər.
Daha sonra tədbir şagirdlərin hazırladığı bədii hissə ilə davam edib.