22 dekabr tarixində Cəbrayıl və Kəlbəcər rayonlarının ümumi təhsil məktəblərində çalışan riyaziyyat, ingilis dili, rus dili müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.
Görüş zamanı sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimullaşdırılması və əmək haqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.