22.12.2023

Eksternat imtahanları üçün 189 müraciət daxil olub

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək aralıq imtahanları üçün sənəd qəbulu başa çatıb.

 

Eksternat imtahanlarında iştirak etmək üçün 189 müraciət daxil olub.

 

Qeyd edək ki, eksternat qaydasında keçiriləcək aralıq imtahanları 29 dekabr 2023-cü il tarixdə saat 14:00-da Zəngilan rayon 4 nömrəli tam orta məktəbdə ( ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Şövkət Məmmədova küçəsi) təşkil olunacaq.

 

Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.