Dekabrın 18-də vəzifəyə yeni təyin edilən direktor və direktor müavinləri ilə görüş keçirilib. Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə əməkdaşları, vəzifəyə yeni təyin edilən direktor və direktor müavinləri iştirak ediblər.
İdarə müdiri çıxış edərək ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklərdən, məktəblərin idarə edilməsində müasir yanaşmaların tətbiqinin təmin edilməsindən, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu məktəb direktorlarının diqqətinə çatdırıb.
Daha sonra məktəb direktorlarının illik hesabatları dinlənilib.
Sonda hesabatlarla əlaqədar müvafiq tövsiyələr verilib, direktorları maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.