18.12.2023

İnformatika fənni üzrə RFO-nun rayon (şəhər) mərhələsi keçirilib

16-17 dekabr tarixlərində informatika fənni üzrə Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilib.

 

Olimpiadada Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 111 şagird iştirak edib.

 

Qeyd edək ki, informatika fənni üzrə Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi onlayn formatda təşkil edilib.