16.12.2023

Azərbaycan müəllimlərinin XVI qurultayında 51 təhsil işçisi iştirak edib

Dekabrın 15 və 16-da Bakı Konqres Mərkəzində keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 51 təhsil işçisi iştirak edib. Qeyd edək ki, İştirakçılar arasında işğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları da yer alıb. 

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı 16 dekabr tarixində başa çatıb.