14.12.2023

Azərbaycan müəllimlərinin XVI qurultayında iştirak edəcək müəllim və direktorlarla görüş keçirilib

Dekabrın 14-də Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov region üzrə Azərbaycan müəllimlərinin XVI qurultayında iştirak edəcək müəlllim və direktorlarla onlayn görüş keçirərək onlara uğurlar arzulayıb.

 

Azərbaycan müəllimlərinin XVI qurultayında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 51 təhsil işçisi iştirak edəcək.

 

Qeyd edək ki, Azərbaycan müəllimlərinin XVI qurultayı 15-16 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.