12.12.2023

Laçında ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa keçirilib

Laçın şəhər 2 nömrəli tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı dəyirmi masa keçirilib.

 

Dəyirmi masada Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri, Laçın rayonu üzrə təhsil sektorunun müdiri və əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Əvvəlcə tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov ümummilli liderin zəngin dövlətçilik irsi, Prezident İlham Əliyevin ulu öndərin əsasını qoyduğu təhsil siyasətini uğurla davam etdirməsi kimi məsələləri diqqətə çatdırıb.

 

Daha sonra çıxış edənlər də ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı bir sıra məqamlara toxunublar.

 

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx izlənib, Laçın şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında bədii hissə təqdim olunub.