Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında yer alan "Ümumi təhsil müəssisələrinin adambaşına maliyyələşmə mexanizminə keçidini təmin edəcək pilot proqramların tətbiqi” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov , nazirin müşaviri , Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyev, nazirin müşaviri Tural Ayvazlı, Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri Kənan Kərimzadə, Regional Təhsil İdarələrinin müdirləri, nazirliyin və agentliyin digər əməkdaşları iştirak ediblər.
Görüşdə ölkəmizin ümumi təhsil sistemində adambaşına maliyyələşmə mexanizminə keçidlə bağlı hazırlanan təkliflər üzrə geniş təqdimatlar edilib.
Görüş iştirakçılarını maraqlandıran suallar əsasında müzakirələr aparılıb.