15.11.2023

"Zəfər dastanı" onlayn respublika şeir və mahnı müsabiqəsinin qalibləri müəyyən olunub

14 noyabr tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, "Gənclərin Respublika Bədii Yaradıcılıq Evi" Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında "Zəfər dastanı" adlı onlayn respublika şeir və mahnı müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.

 

Qeyd edək ki, Laçın rayon 28 nömrəli tam orta məktəbin şagirdləri Aslanova Aylin Roman qızı və Aslanova Tamam Roman qızı "Mahnı" nominasiyası üzrə III yerin qalibi olub.

 

Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.